Modern.az

Namiq Abbasov səfir postundan geri çağırıldı

Namiq Abbasov səfir postundan geri çağırıldı

31 Oktyabr 2012, 20:57

Prezident İlham Əliyev Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Namiq Rəşid oğlu Abbasovun vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısının digər sərəncamı ilə Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısı, həmçinin H. Quliyevə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi barədə sərəncam verib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir