Modern.az

Anar Məmmədov etiraf etdi: “Bu mahnının müəllifi mənəm”

Anar Məmmədov etiraf etdi: “Bu mahnının müəllifi mənəm”

31 Oktyabr 2012, 22:07

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, ZQAN Holdinq şirkətlər qrupunun prezidenti Anar Məmmədov son günlər məşhur “Aləm Gözəl” mahnısı ilə bağlı yaranan qalmaqala aydınlıq gətirib. Modern.az-ın məlumatına görə, bu haqda Facebook sosial şəbəkəsindəki profilində açıqlama verən Anar Məmmədov sözügedən mahnının müəlifinin özü olduğunu bəyan edib.

“Son zamanlar mətbuatda “Aləm Gözəl” mahnısı ətrafında yaranmış müzakirələr ilə əlaqədar olaraq, mövqeyimi açıqlamaq istəyirəm. Qeyd olunan mahnının müəllifi mənəm və mahnını öz facebook səhifəmdə bölüşürəm”, - deyə A.Məmmədov bildirib.

Qeyd edək ki, populyar mahnının ilk ifaçısı müğənni Abbas Bağırov olsa da xalq artisti Brilyant Dadaşova mahnının ideya müəllifi olduğunu bildirib.

Anar

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür