Modern.az

ABŞ diplomatlarını Əfqanıstandan çıxarır

ABŞ diplomatlarını Əfqanıstandan çıxarır

29 Avqust 2021, 11:11

ABŞ Prezidenti Cozef Bayden avqustun 31-dək ölkənin bütün diplomatik missiyasını Əfqanıstandan çıxarmağı planlaşdırır.

 
Modern.az "Washington Post" qəzetinə istinadla xəbər verir ki, Bayden çərşənbə axşamı gününədək səfir Ross Uilsonu və qalan əməkdaşları Kabildən geri çağırmaq niyyətindədir.

 

Qəzet daha əvvəl məlumat vermişdi ki, “Taliban” hərəkatı ABŞ-dan qoşunların çıxarılmasından sonra Əfqanıstanda diplomatik iştirakını saxlamağı xahiş edib. Dövlət departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirib ki, hələlik bu barədə qərar qəbul olunmayıb.

 

Amerikanın diplomatik missiyası paytaxtdakı səfirlik kompleksini tərk edərək Kabil beynəlxalq aeroportunda fəaliyyət göstərir. Əcnəbi əməkdaşların və xarici missiyalarda işləyən əfqanların təxliyəsi Kabildə ABŞ və NATO qüvvələrinin əlində olan yeganə aeroport vasitəsilə həyata keçirilir.

 

Taliblər bəyan ediblər ki, ABŞ vətəndaşlarının təxliyəsi üçün avqustun 31-dən sonra əlavə vaxt vermək niyyətində deyillər.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?