Modern.az

Ştrasser nəhayət Bakıya gəlir

Ştrasser nəhayət Bakıya gəlir

1 Noyabr 2012, 11:16

Avropa Şurası Parlament Assmableyasının (AŞPA) siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser uzun müddətdən sonra Bakıya gələcək. Modern.az-ın məlumatına görə, bu barədə Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib. Hüquq müdafiəçisinin sözlərinə görə, K.Ştrasserin Bakıya gəlməsinə mane olan viza problemi artıq həll olunacaq.

“Biz Ştrasserin Azərbaycana gəlməsini çox istəyirik, belə ki, hazırda Aİ siyasi məhbuslar məsələsində ikili standartlardan istifadə etmir. AŞPA-nın payız sessiyasında siyasi məhbus ifadəsinin konkret tərifi verilib, həmçinin, başqa ölkələrdə də belə məhbusların olduğu qeyd edilib. Hesab edirəm ki, o, Bakıya gələcək və ona viza veriləcək”

Qeyd edək ki, AŞPA məruzəçisi K.Ştrasser bir müddət əvvəl mətbuata açıqlamasında Bakıya gəlməyəcəyini bildirmişdi. Azərbaycana buraxılmadığını iddia edən Ştrasser qeyd etmişdi ki, rəsmi Bakı dəvət üçün ona “qəbuledilməz şərtlər” irəli sürsədə o, qəbul etməyəcək.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir