Modern.az

QMİ fətva verəcək - noyabrın 15-də Məhərrəmlik başlayır

QMİ fətva verəcək - noyabrın 15-də Məhərrəmlik başlayır

1 Noyabr 2012, 11:32


Modern.az
xəbər verir ki, hicri-qəməri təqvimi ilə yeni 1434-cü ilin başlanğıcı olan Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2012-ci il noyabrın 15-nə təsadüf etdir. Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs, möhtərəm aylardan biridir. Bu ay müqəddəs İslam dinində döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı, həm də tarixə Aşura – Məhərrəm ayının 10-cu günü İmam Hüseyn (ə) və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetirildiyi ay kimi daxil olub. Bu ay müsəlman ümmətinin tarixinə ən acı, lakin eyni zamanda insanlara qeyrət ,qurur bəxş edən bir hadisə kimi daxil olub. Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn (ə) həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, İmam Hüseyn (ə) əzadarlığında Haqqın bərpası və Ədalət uğrunda səfərbərlik hikməti vardır. İmam Hüseyn (ə) dinin saflığı uğrunda mübarizəsinin hər il yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, torpağa bağlılığın, işğal olunan ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.

Bu il Aşura günü – həzrəti peyğəmbərin nəvəsi imam Hüseynin şəhadətə yetməsi günü miladi təqvimlə noyabrın 25-nə təsadüf edir.

Qeyd edək ki, Məhərrəm ayı müqəddəs kitabımız Qurani-Kərimdə adı keçən 4 aydan biridir. Uca Rəbbimiz  buyurur: “Həqiqətən Allah yanında ayların sayı, göyləri və yeri yaratdığı gündən bəri 12-dir”. Onların 4-ü – Rəcəb, Zülqədə, Zilhiccə, Məhərrəm haram aylardır. Ona görə də həmin aylarda özünüzə zülm etməyin (ət-Tövbə surəsi, 36-cı ayə).
Rəbbimizin buyruğuna uyğun olaraq və adından da göründüyü Məhərrəm ayı haram ay sayılır. Və bu ayda müharibə etmək də haram buyurulub. Məhərrəm hicri-qəməri təqviminin birinci ayıdır və ilin başlanğıcı hesab olunur. Hələ islamdan əvvəl də qədim ərəblər bu ayı yeni ilin başlanğıcı kimi qəbul edir, onu bərəkət, yaxşılıq, xeyir-bərəkət, əmin-amanlıq ayı hesab edirdilər. Qurani-Kərim nazil olduqdan sonra isə bu ayın yerinin Rəbbimiz tərəfindən də qəti müəyyənləşdiyi məlum olur.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Məhərrəm ayının başlanması ilə bağlı ənənəvi fətvanı hələ ki verməyib. Buna səbəb Həcc mərasiminin hələ başa çatmamasıdır. QMİ-dən Modern.az-dan bildirilib ki, yaxın günlərdə Şeyxülislam Allahşükür Paşazadənin Məhərrəm ayı ilə bağlı fətvası olacaq. QMİ-nin Məhərrəm ayı və eləcə də Aşura günü ilə bağlı fətvası da geniş şəkildə ictimaiyyətə açıqlanacaq.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir