Modern.az

«Ləyaqət düsturu» - Natiq Məmmədlidən yeni kitab

 «Ləyaqət düsturu» - Natiq Məmmədlidən yeni kitab

1 Noyabr 2012, 11:44

«Qanun» nəşriyyatı Natiq Məmmədlinin «Ləyaqət düsturu» adlı hekayələr kitabını nəşr edib.

Gündəlik həyatımızda gördüyümüz gerçəkliklər, insan xislətindən doğan naqisliklər, reallıqla barışmayan, eyni zamanda onu dəyişməyə də gücü çatmayan müxtəlif xarakterlər, küncə sıxışdırılmış ləyaqətli adamların getdikcə eşidilməyən səsi, bir sözlə Azərbaycan insanın ədalət axtarışı Natiq Məmmədlinin kitabında təqdim olunan hekayələrin əsas qayəsini təşkil edir. Bu hekayələrin qəhrəmanları adi adamlardı. Onlar bəşəriyyətin yüz illər bundan öncə cavablandırdığı suallar ətrafında düşündükcə reallıqla insan xarakterlərinin toqquşmasından yaranan ziddiyyət daha da dərinləşir, tunelin sonunda işığın görünməməsi isə gələcəyə inamı sarsıdır. Natiq Məmmədlinin hekayələri süjet xəttinin dinamikliyi, obrazların rəngarəngliyi baxımından bir-birindən fərqlənsə də, bütün mövzuların kökündə real həyat həqiqətləri dayanır. İlk baxışda sadə, diqqət cəlb etməyən hadisələrin bədii formada ifadəsi oxucuya yalnız bir ideyanın – mütləq dəyişmək, mütləq dəyişilmək yanğısının aşılanmasına hesablanıb.

Kitaba ön sözü xalq yazıçısı Anar yazıb. Redaktoru filologiya elmləri doktoru, professor Tehran Əlişanoğludur. Gələn həftədən satışda olacaq kitabın qiyməti 2 manatdır.

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu