Modern.az

Yazıçı Anar “toy boykotu”ndan danışdı: “Son vaxtlar heç mən də toya getmirəm”

Yazıçı Anar “toy boykotu”ndan danışdı: “Son vaxtlar heç mən də toya getmirəm”

Ölkə

1 Noyabr 2012, 12:17

“Amma toylardakı həddindən artıq israfçılığın əleyhinəyəm”

Bir qrup yazarın toyları boykot etməsi son günlər ictimaiyyətin də marağına səbəb olub. Yazarlar toylardakı israfçılığa, bayağı mahnılara qarşı çıxaraq, toyların boykot edilməsini və onların toylara dəvət edilməməsini istəyiblər.     

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar gənc yazarların bu istəyinə münasibət bildirib. AYB sədri Modern.az-a bildirib ki, o, da son dövrlər toylara az gedir. Ona görə də bu barədə heç nə deyə bilməz:

“Son vaxtlar heç mən də toya getmirəm. Gənc yazıçıların toyları boykot etməsindən xəbərim olmasa da, amma toylardakı həddindən artıq israfçılığın əleyhinəyəm. Buna münasibətim pisdir”.

Qeyd edək ki, toyların boykot edilməsi ilə bağlı bir neçə yazar ictimaiyyətə müraciət edib və sosial şəbəkələrdə kampaniyaya start verilib. Boykot kampaniyasına qoşulan yazıçı Aqşin Yeniseyin fikrincə, toy məclisləri indiki xarakteriylə toy sahibləri və qonaqlar üçün yalnız problemlər yaradır.

Yazıçı Salam Sarvan da hesab edir ki, toylar 20-50 nəfərdən ibarət dar dairədə keçirilməli və təmtaraqlı xarakter daşımamalıdır. Onun sözlərinə görə, bir çox hallarda toy sahibləri bu toydan ya başabaş çıxırlar, ya da borclu qalırlar. Yazıçının qənaətincə, xarici təcrübədən yararlanmağımızda fayda var.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli də yazıçılarla eyni fikirdədir.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir