Modern.az

Gülər Əhmədovanın qəzetinin əməkdaşını döydülər

Gülər Əhmədovanın qəzetinin əməkdaşını döydülər

1 Noyabr 2012, 12:37

Ötən gün saat 12:00 radələrdində "Mərkəz" qəzetinin əməkdaşın döyüblər. Nizami rayon K.Balakişiyev 24 ünvanında küknar ağaclarının kəsilməsi ilə bağlı araşdırma aparan jurnalist Coşqun Əliyev (Calaloğlu)  köhnə 4 saylı Taksi dayanacağının rəhbəri Emin Abbasovun təzyiqinə məruz qalıb. Belə ki, ərazinin rəhbəri kimi özünü təqdim edən E.Abbasov “Mərkəz”in əməkdaşını kobud ifadələrlə hədələyərək kürəyinə zərbə endirib. Müvazinətini itirən jurnalist dəhlizin daş lövhəsinə dəyib.
Hadisə yerinə toplaşan işcilər tərəfində E.Abbasov öz otağına aparılıb. Mübahisə zamanı jurnalsitə ərazini tez tərk etməyi və müdirin əsəbi olduğunu deyiblər.
Bu barədə Modern.az-a danışan Coşqun Əliyev deyir ki, müsahibə əvvəlcədən razılaşdırılıbmış. E.Abbasov ərazidə nəzarətçi kimi çalışan şəxsə deyib ki, jurnalisti öz otağında gözləyir. Buna görə də jurnalist ora gedib
Coşqun Əliyev baş vermiş hadisədən təəssüfləndiyini və pisixaloji gərginlik içərisində olduğun deyib. 
“Ötən gün K.Balakişiyev küçəsində küknar ağaclarının kəsilməsi xəbərin aldım. Xəbərin nə dərəcədə doğru olub, olmadığını aydınlaşdırmaq üçün əraziyə baş çəkmək qərarına gəldim. Ərazinin nəızarətçisinə rəhbərlikdən müsahibə almaq istədiyimi dedi. O, müdirə müraciət edəcəyini dedi. Bir neçə dəqiqədən sonra özünü müdir kimi təqdim edən Emin Abbasov müsahibə verməyə razılaşdı. Daha sonra məni müdirin iş otağına dəvət etdilər. Otaqda müdirlə bərabər digər şəxslərdə var idi. Sonradan ərazidə çalşıdıqların bildirdilər. Müsahibə əsnasında Abbasov əsəbləşdi və üstümə qəzəbləndi. Bununla yanaşı, susmağımı tələb etdi. Mən etiraz etdim və kiminsə məni susdura bilməyəcəyini dedim. Emin Abbasov bu ifadələrimdən sonra daha bir işcisini otağa çağırdı. Bu zaman artıq pisixaloji gərginlik keçirirdim. Çünki onlar çox idilər. Sonra məndən ərazidə kəsilən ağacların yerini göstərməyimi tələb etdilər. Dəhliz boyu hərəkət edərkən təhqiramiz ifadələri eşitməli oldum. Keçmiş Taksi dayanacağının rəhbərinin  qəzəbi bununla da soyumadı. Dəhlizdə hərəkət edərkən  kürəyimə zərbə endirdi. Müvazinətimi itirərək dəhlizin divarına söykəndim. Dana sonra, ətrafda olan işcilər Abbasovu öz iş otağına apardılar. İşçilər isə müdirin əsəbi və psixoloji problemləri olduğunu deyərək ərazini təcili tərk etməyimi istədilər. "Müdirimiz çox əsəbidi, xahiş edirik ərazini tərk edin" dedilər.
Baş vermiş hadisə ilə bağlı hüquq-mühavizə orqanlarına müraciət edəcəm”.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir