Modern.az

Deputatların yay tətili bitdi

Deputatların yay tətili bitdi

Parlament

30 Avqust 2021, 09:10

Milli Məclisin deputatları tətildən qayıdıblar.

 

Modern.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir.

 

MM-in komitə iclaslarının keçirilməsinə sentyabrın 15-dən başlanılacaq.

 

Qeyd edək ki, parlamentin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

 

Sentyabrın 30-u cümə axşamı gününə düşdüyündən parlamentin builki payız sessiyası məhz həmin tarixdə keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir