Modern.az

Ağsaqqallar Şurasına ağır itki üz verib

Ağsaqqallar Şurasına ağır itki üz verib

Allah rəhmət eləsi̇n

30 Avqust 2021, 14:43

Azərbaycanın Ağsaqqallar Şurasına ağır itki üz verib. Səbail Rayon Ağsaqqallar Şurasının keçmiş sədri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovnik-leytenantı, dəyərli ağsaqqal Mirhəbib Seyidov 2021-ci il avqust ayının 29-da 84 yaşında vəfat edib.

 

Qəlbi dövlətinə, millətinə, elinə-obasına sevgi ilə yoğrulmuş, əməlləri insanların daha firavan, əmin-amanlıq içində yaşaması uğrunda mübarizəyə köklənmiş vətənpərvər şəxsiyyət Mirhəbib Seyidov həm nüfuzlu ağsaqqal, həm də  Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovnik-leytenantı kimi respublikamızın çətin günlərində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək dövlətçiliyimizin qorunması və inkişaf etdirilməsi sahəsində xalqımıza dəyərli xidmətlər göstərib. Uzun müddət Səbail Rayon Ağsaqqallar Şurasının sədri olaraq müdrik bir ağsaqqal kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edib, doğma Azərbaycanımızın inkişafı üçün yorulmadan səylər göstərib, gənc nəslin milli adət-ənənələrə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirərək ölkəmizin müstəqilliyi və tərəqqisi  uğrunda vətənpərvər mübarizlərin yetişməsində böyük rol oynayıb. Vətənə, xalqa olan bu sədaqətli xidməti dəfələrlə yüksək mükafatlarla, orden və medallarla qiymətləndirlib.

 

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından və şəxsən öz adımdan Seyidovlar ailəsinin bütün yaxınlarına dərin hüznlə başsağlığı verirəm və səbr diləyirəm. Vətənpərvər və müdrik ağsaqqal Mirhəbib Seyidovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

 

Allah rəhmət eləsin!

 

Dərin hüznlə,

 

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir