Modern.az

Hind kinorejissoru qondarma “soyqırımı” barədə film çəkməyə hazırlaşır

Hind kinorejissoru qondarma “soyqırımı” barədə film çəkməyə hazırlaşır

1 Noyabr 2012, 14:09

Tanınmış hind kinorejissoru Şekhar Kapur qondarma “erməni soyqırımı” haqqında film çəkmək üçün İrəvana gəlir. Modern.az bildirir ki, rejissor bu barədə öz Tvitter səhifəsində yazıb.

Kapur qeyd edib ki, filmin çəkilişinə materiallar yığmaq üçün Ermənistana səfərə hazırlaşır.

“Bu çox çətin layihə olacaq. Çoxlu pul və təşkilatçılıq tələb edir. Layihə çoxlu şəxlər tərəfindən dəstəklənir. Ümid edirəm ki, film ekranlara çıxacaq”-deyə rejissor İANS agentliyinə müsahibəsində deyib.  Filmin çəkilişləri gələn il başlayacaq.

Kapur filmə görə qınaq obyektinə tuş gələcəyindən çəkinmədiyini bildirib.

66 yaşlı Şekhar Kapur 1998-ci ildə “Yelizaveta” filminə görə “Oskar” mükafatı alıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!