Modern.az

Nazirlik meteohəssas insanlara xəbərdarlıq etdi

Nazirlik meteohəssas insanlara xəbərdarlıq etdi

Aktual

1 Noyabr 2012, 14:09

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 2-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 12-16, günün birinci yarısında 20 dərəcəyədək yüksələcəyi, günün ikinci yarısında isə 14-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında gün ərzində hava şəraitinin təzadlı dəyişməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, noyabrın 03-ü gün ərzində və 04-də gözlənilən hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır