Modern.az

Deputatdan dəyişiklik çağırışı: “... islahatlar aparılmalıdır” - MÖVQE

Deputatdan dəyişiklik çağırışı: “... islahatlar aparılmalıdır” - MÖVQE

1 Noyabr 2012, 15:08

“Ölkədə sahibkarların azadlığını təmin olunması üçün islahatlar aparılmalıdır”. Bu sözləri Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Modern.az –a açıqlamasında sahibkarların işinə məmur müdaxilələrini tənqid edərək deyib.

Millət vəkilnin sözlərinə görə, burada ilk növbədə psixoloji amillərə diqqət yetirilməlidir. “Çünki sovet dövrüdən indiyənə qədər mülkiyyət sahibinə hörmət lazımı səviyyədə deyil. Buna görə də bu sahədə də işlər görülməlidir. İş adamları, xırda və orta sahibkarın imkanları genişlənməli, onlar üçün həyata keçirilən dövlət dəstəyi və zəruri mühitin yaradılması üçün bir sıra işlər görülməlidir. Ən böyük problemlərdən biri yeni nəsil idaərəçilər, dünyada qəbul olunmuş dillə desək yeni menecerlərə ehtiyac var”- deyə Asim Mollazadə bildirib.

DİP sədri həmçinin deyib ki, Azərbaycanda tibb, orta, ali və peşə təhsili sahəsində də islahatlar aparılmalıdır.

“Hələ bir çox sahələrdə ishalatlar aparılmasına ehtiyac var. Ölkənin inkişafı üçün bu islahatlar çoxşaxəli xarakter daşımalıdır. Birinci növbədə Azərbaycanda təhsil, tibb, orta və ali təhsil və peşə təhsilinin yenidən qurulmasına ehtiyac var. Gənc nəsli zamanın tələblərinə uyğun yetişdirmək istəyiriksə, bu sistemdə ciddi dəyişikliklər edilməlidir. Bizim təhsil sistemimiz dünya tələblərinə uyğun dəyişməlidir”.

DİP sədrinin sözlərinə görə, tibb sahəsində də ciddi islahatlara ehtiyac var. Asim Mollazadənin fikrincə, bu günə qədər ölkədə tibbi sığorta sistemi işləmir və bir çox hallarda əhali öz sağlamlığını təmin etməkdən ötrü xərcləri öz üzərilərinə götürməyə məcbur olur.

Gültəkin Ələsgər 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir