Modern.az

İndiyədək 76 şəhid övladı üçün 5 minlik hesab açılıb - RƏSMİ

İndiyədək 76 şəhid övladı üçün 5 minlik hesab açılıb - RƏSMİ

Aktual

31 Avqust 2021, 09:22

Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün "Onlar bizə əmanət" deyib yeni layihəyə başlanılıb.

 

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

 

Onun sözlərinə görə, yeni doğulmuş 100 şəhid övladından 93 nəfəri üçün 1000 AZN məbləğində maddi yardım edilib, 76 şəhid övladının adına 5000 AZN məbləğində depozit hesabı açılıb.

 

Şöbə müdiri qeyd edib ki, digər şəhid övladlarının adına 5000 AZN məbləğində depozit hesabın açılması üçün işlər davam etdirilir.

 

Qeyd edək ki, Vətən Müharibəsinin başladığı 27 sentyabr tarixindən bu günə qədər dünyaya gələn şəhid övladının hər birinin adına 5 min manatlıq bank hesabı açılır. Şəhid övladlarının zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə hər anaya 1000 AZN təqdim olunub və körpələrin adına 5000 AZN-lik hesab açılıb. Hesablara vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülüb. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılır və şəhid övladları 18 yaşına çatdıqdan sonra yığılan vəsaiti özü hesabından çıxara biləcək.

 

Bankla ana arasında bağlanmış müqaviləyə əsasən, bəzi zəruri hallarda vəsaiti hesabdan daha tez çıxarmaq mümkündür. Həmçinin ana vəsaiti istənilən valyutaya da dəyişə bilər.


Xatırladaq ki, ötən il sentyabrın 27-də başlayan Vətən Müharibəsi noyabrın 10-da Azərbaycanın qələbəsi ilə yekunlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı