Modern.az

2 sentyabrda təxribat gözlənilir: Düşmənə sarsıdıcı zərbə vurulacaq

2 sentyabrda təxribat gözlənilir: Düşmənə sarsıdıcı zərbə vurulacaq

Aktual

31 Avqust 2021, 11:31

Xəbər verdiyimiz kimi, ötən gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Xidməti müşavirədə çıxışı zamanı müdafiə naziri bildirib ki, Azərbaycan Ordusunda aparılan islahatlar bundan sonra da davam etdiriləcək.

 

Həmçinin, Zakir Həsənov çıxışı zamanı Ermənistan-Azərbaycan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyəti təhlil edən müdafiə naziri qarşı tərəfin təxribat fəaliyyətinə dərhal adekvat cavabın verilməsi, qoşunların döyüş qabiliyyətinin və şəxsi heyətin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin praktiki məşq etdirilməsi, döyüş planlarının dəqiqləşdirilməsi, həmçinin maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıqlar verib.

 

Hərbi ekspert Ədalət Verdiyev ehtimal olunan düşmən təxribatları ilə bağlı Modern.az-a bildirib ki, Ermənistanın 30 illik işğalı dövründə həm Qarabağdakı separatçı qurum tərəfindən, həm də Ermənistandakı işğalçı hakimiyyət tərəfindən dəfələrlə mühüm tarixlərdə Azərbaycana qarşı təxribatçı addımlar atıldığının şahidi olmuşuq.

 

 

 

Nazirin orduya verdiyi son tapşırıqlardan danışan ekspert qeyd edib ki, görünür, Ermənistan tərəfindən yenidən hazırlıqlar barəsində Azərbaycanın əlində kifayət qədər məlumatlar var.

 

"Sentyabrın 2-də separatçı qurumun "müstəqillik günü"nü qeyd etməyə hazırlaşdığını nəzərə alan müdafiə naziri həmin gün baş verə biləcək təxribatların qətiyyətlə qarşısının alınması üçün göstərişlər verib. Təxribatın baş verə biləcəyi ərazidən asılı olmayaraq, buna cavab veriləcək. Hesab edirəm ki, Ermənistan planlaşdırdığı təxribatlardan geri addım atmazsa, daha ağır zərbə alacaq. Bu, onlar üçün ağrılı və acılı növbəti zərbə olacaq. Azərbaycan Ordusu kifayət qədər gücə, imkan və potensiala malikdir. Atılacaq addımlar arasında müxtəlif ehtimallarım var. Lakin bunların öncədən səsləndirilməsinin doğru olacağını düşünmürəm", - deyə Ə.Verdiyev vurğulayıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?