Modern.az

Metroya daxil olmaq istəyən koronavirus xəstələri tutuldu

Metroya daxil olmaq istəyən koronavirus xəstələri tutuldu

Aktual

31 Avqust 2021, 12:27

Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən metronun “20 Yanvar” və “Qara Qarayev” stansiyalarına daxil olmağa çalışan 2 nəfər aktiv koronavirus xəstəsi – 1979-cü il təvəllüdlü Elşən Hüseynov, 2003-cü il təvəllüdlü Nurlan Hümbətov müəyyən olunub.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, şəxslər aidiyyəti üzrə təhvil verilməklə, müalicə təyin olunan ünvana yerləşdilib.

 

Xəstəliklərin yayılması üçün real təhlükə yaradan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq araşdırmlar davam etdilir.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat