Modern.az

Hadi Rəcəbli: “Gənc ailələrlə bağlı qanun layihəsi hazırlanır”

Hadi Rəcəbli: “Gənc ailələrlə bağlı qanun layihəsi hazırlanır”

Aktual

1 Noyabr 2012, 16:52

Milli Məclisdə «Gənc ailələrin sosial müdafiəsi haqqında» qanun layihəsi hazırlanır. Modern.az-ın məlumatına görə, bu barədə hakim partiyanın saytına açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

H.Rəcəbli deyib ki, belə bir məsələ ilə əlaqədar mütəmadi olaraq həm millət vəkilləri, həm də vətəndaş cəmiyyəti təsisatları tərəfindən təkliflər səslənir. Deputatın sözlərinə görə, parlamentin Sosial siyasət komitəsi bu təklifləri nəzərə alaraq yeni qanun layihəsi üzərində işləyir.

 «Ailə cəmiyyətin əsasını təşkil edir. Xüsusilə yeni nikaha girən gənc ailələrin bünövrəsi möhkəm təməllər üzərində qurulmalıdır. Bunun üçün bir sıra amillərlə yanaşı gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi də vacib şərtlərdən biridir. Bu mənada sözügedən məsələnin həlli zəruridir»- deyə, komitə sədri vurğulayıb.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!