Modern.az

Deputatlar Türkiyəyə gedir

Deputatlar Türkiyəyə gedir

Aktual

1 Noyabr 2012, 16:25

Millət vəkili Sahibə Qafarova Avropa Şurası ilə Türkiyə Böyük Millət Məclisinin birgə təşkil etdiyi konfransda iştirak etmək üçün noyabrın 2-də Türkiyənin İstanbul şəhərinə səfərə yola düşəcək.  Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, gender məsələlərinə həsr olunmuş tədbirdə qadınların siyasi və sosial hüquqları təşviq ediləcək, iqtisadiyyata və maliyyə işlərinə daha yaxından cəlb olunması yolları araşdırılacaq. Mədəniyyət və incəsənət sahələrində, eləcə də KİV-də qadınların mövqeyinin gücləndirilməsi zərurətindən danışılacaq. Konfransda qadınlara qarşı zorakılıqla mübarizə məsələsi diqqət mərkəzində olacaq.

S.Qafarova həmçinin AŞPA-nın irqçilik və ksenofobiya üzrə Alt Komitəsinin sədri Sahibə Qafarovanın məruzəsi dinləniləcək.

Səfər noyabrın 9-da başa çatacaq.

Milli Məclisin digər üzvü, Qara Dəniz İqtisadi  Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin  rəhbəri Asəf Hacıyev noyabrın 1-dən 3-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq.

Deputat QDİƏT PM-nin prosedur qaydaları üzrə işçi qrupunun dördüncü iclasında iştirak edəcək. Öncə işçi qrup cari ilin sentyabrında Ankarada keçirilmiş iclasında konsensus əldə edilməmiş düzəlişlərə yenidən baxacaq. Sonra qurumdakı Türkiyə, Rumıniya və Ermənistan nümayəndə heyətlərinin prosedur qaydalarına dair təklifləri müzakirə olunacaq.

Asəf Hacıyev ölkəmizin mövqeyindən çıxış edərək  həmin məsələlərə münasibət bildirəcək.

Anar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır