Modern.az

Dünya səviyyəsi

Dünya səviyyəsi

1 Noyabr 2012, 17:39

(İçsəs)

Dünya səviyyəsi – yadlıq, özgəlik səviyyəsi, ölçüsüdür.

***
Hər şeyin dünya səviyyəsinə çatdırılması – hər şeyin dünyanın yadlığına, özgəliyinə uyğunlaşdırılması, güzəştə gedilməsidir. 

***
Dünya səviyyəsi qondarma, zorakı ölçüdür: ölkələri, ulusları öz normal yaşam yönündən ayırmaq, yüyürtmək, yormaq, əldən salmaq və sıradan çıxartmağa xidmət edir.

***
Dünya səviyyəsindən geri qalmayan ölkələr yaradırlar, əslində ölkələri qlobalçılığın içərisində əridirlər.

***
Azərbaycanda dünya səviyyəsinə uyğun əxlaq yaranır – əxlaqsızlıq artır.

***
Azərbaycanda dünya səviyyəsinə uyğun mənəviyyat yaranır – mənəviyyatsızlıq artır.

***
Azərbaycanda dünya səviyyəsinə uyğun sənət yaranır – bütün sənətlərdə dünyanı yamsılamalar artır, mənasızlıq baş alıb gedir.

***
Öz ulusal səviyyəmizi yaratmadan dünya səviyyəsinə can atırıq – səviyyəsizləşirik.

***
Öz səviyyən varsa, dünya səviyyəsinə nə gərək var?

***
Dünya səviyyəsi xalqları yaratmır – uçurur, öldürür; böyütmür – kiçildir. Ona görə dünyada səviyyəsizlik artır.

***
Dünyaya uyğunlaşmaq, oxşamaq, onu yamsılamaq – xalqın yaranması, yetişməsi deyil, uçurulmasıdır.

***
Başqasına oxşamaqla yaranmaq – yoxdur.

***

Özün olmaqla, özümlüyünü yaratmaqla yaranmaq – var.

***
Fərd kimi yetişmədən – xalq kimi yaranmaq olmaz.

***
Fərd kimi nəsənsə – xalq kimi də osan.

***
Fərdi səviyyə yaranmadan – xəlqi səviyyə yarana bilməz.

***
Öz ulusal səviyyəsi olan – dünya səviyyəsinə gərək duymaz.

***
Azərbaycanda Azərbaycan səviyyəsi yaratmaq gərək – dünyaya gərək olan.

***
Dünyada Azərbaycan səviyyəsi yaratmaq gərək – inam, idrak, mənəviyyat, iradə səviyyəsi – dünyanı heyrətləndirən.  

***
Millilikdən qıraqda dünyəvilik – yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir