Modern.az

“Əmanətçilərə yarım milyard manat vəsait ödənib” - “Kapital Bank” rəsmisi

“Əmanətçilərə yarım milyard manat vəsait ödənib” - “Kapital Bank” rəsmisi

Aktual

1 Noyabr 2012, 17:50

Bu gün əmanətçilərə bir dəfəlik ödəmələrin verilməsi ilə bağlı “Kapital Bank”da mətbuat konfransı keçirilib. “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədr müavini, bankın Əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzinin direktoru Araz Əliyev hesabat çıxışında bildirib ki, 2012-ci ilin bu gününə kimi fərdi birdəfəlik ödəmələrlə bağlı “Kapital Bank”ın xidmət məntəqələrinə 1milyon 151 min 37 nəfərin müraciəti daxil olub və 1 milyon 32 min 909 əmanətçiyə ümumilikdə 419 milyon 572 min 562 manatlıq vəsait ödənilib. Bundan başqa, 57 min 502 müraciət üzrə ödənişlərin aparılmasına bankın birdəfəlik ödəmələrin verilməsi mərkəzindən icazə verilib.

Mərkəz direktoru eyni zamanda onu da qeyd edib ki, həmin əmanətçilər vəsaitlərini götürmək üçün hələlik xidmət məntəqələrinə müraciət etməyiblər. “Bakıda məskunlaşmış məcburi köçkünlərdən əmanətlərinin vaxtı ilə Naxçıvan Muxtar Respublikasındakı kassalarda yerləşdirilmiş  şəxslərin gediş-gəliş problemlərini nəzərə alaraq onların müraciətlərinin qəbulu üçün Bakı şəhəri, Xaqani küçəsi-51 ünvanında yaradılmış yeni müraciət məntəqəsi də bir aydır ki, fəaliyyətdədir. Bu müddət ərzində məntəqəyə 2000 müraciət daxil olub. Onlardan 500 nəfəri əmanətlərini ala bilib. 7760 nəfərin sənədinə baxılıb hazırdır, yalnız 1500 nəfərin isə sənədi baxılmaq üçün mərkəzə daxil olub”, – deyə Araz Əliyev qeyd edib.   

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar