Modern.az

Ermənistanın baş naziri İsrailə səfərdən niyə imtina etdi?

Ermənistanın baş naziri İsrailə səfərdən niyə imtina etdi?

Dünya

15 Fevral 2010, 11:33

st1:*{behavior:url(#ieooui) }

Ermənistanın hökumət başçısı Tiqran Sərkisyanın İsrailə bu günə nəzərdə tutulan səfəri baş tutmadı.  Modern.az xəbər verir ki,  Sərkisyanın erməni patriarxı ikinci Qareginlə İsrail turnesi təxirə salınıb. “Armeniya today” saytının xəbərinə görə,  Sərkisyanın səfərinə İran mane olub.   Dünən rəsmi İrəvan bəyanat verərək Tiqran Sərkisyanın yüksək temperaturla yatağa düşdüyü və bu səbəbdən İsrailə gedə bilməyəcəyini bildirib.  İsrail Xarici İşlər Nazirliyinin Mərkəzi  Avropa və Avrasıya Departamentinin rəisi Rinxas Avivi də məlumatı təsdiqləyib.

 

Qüdsdəki diplomatik mənbə isə qeyd edir ki, erməni baş nazir İran prezidentinin müşaviri Mehdi  Mostafavi ilə görüşdən sonra qəribə şəkildə “qripə tutulub”. Qüdsdəki mənbələrə görə, Tehran İsrail rəsmilərinin İranın nüvə proqramı məsələsində əməkdaşlıq sahəsində erməni baş nazirlə razılaşa bilməsindən dolayı narahatdır. İran özünü Ermənistanın başlıca müttəfiqi hesab etsə də Ermən patriraxlığı Qüdsdəki  bir sıra erməni xristian məbədlərinə görə İsraillə sıx əlaqə saxlayır.  Bu ərazidəki məbədlər üstündə tez-tez ermənilər və yunanlar arasında münaqişələr olur.     İsrail hökuməti isə bu qarşıdurmaya müdaxilə etməyərək neytrallığını qoruyur. Sərkisyanın İsrailə səfərində bu məsələni rəsmi Təl-Əvivlə müzakirə edəcəyi gözlənilirdi. “İranlılar narahatdır ki, mübahiəsəli ərazilər məsələsində müəyyən yardım qarşılığında Sərkisyan Tehran üçün strateji mövzularda İsraillə əməkdaşlığa razılıq verib”,-deyə Qüdsdəki diplomatik mənbə bildirir.  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi