Modern.az

General şəhid pilotdan danışdı: “Onun qəhrəmanlığı örnəkdir”

General şəhid pilotdan danışdı: “Onun qəhrəmanlığı örnəkdir”

Aktual

1 Sentyabr 2021, 15:22

“Zaur bir sıra yeni üsulların müəllifidir və həmin üsulları sınaqdan keçirərək döyüşlərdə uğurla tətbiq edib. Vətən müharibəsindən bir müddət öncə komandanlıq tərəfindən “Su-25” hücum təyyarələrinin yeni döyüş üsullarının istifadə olunması ilə bağlı qərar veriləndə biz bu işi qardaş Türkiyədə təhsil almasını və bir çox dövlətlərin hərbi hava qüvvələri ilə aparılan hərbi təlimlərdə böyük təcrübə toplamasını nəzərə alaraq Zaur Nudirəliyevə həvalə etdik. Zaur etimadımızı doğrultdu".

 

Modern.az xəbər verir ki, bunu Hərbi Hava Qüvvələrinin komandanı - Müdafiə nazirinin müavini general-leytenant Ramiz Tahirov Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin haqqında danışarkən deyib.

 

"O, mütəmadi olaraq hərbi təlimlər zamanı “Su-25” hücum təyyarələrinin tam döyüş potensialından bəhrələnərək nişangah istifadə etmədən, yalnız riyazi üsullarla bombaların atılması üsulunu icra edir ki, bu da NATO standartlarına tam uyğundur və digər təyyarəçilərə də bunu peşəkarlıqla aşılayır. Bu gün Hərbi Hava Qüvvələrində qəhrəman təyyarəçimiz polkovnik Zaur Nudirəliyevin davamçıları kifayət qədərdir və onlar Azərbaycanın hava məkanını etibarlı şəkildə qoruyurlar. Qəhrəman  təyyarəçimizin əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq, onun qəhrəmanlıq nümunələri gələcək pilotlarımıza örnək olaraq göstəriləcəkdir”, - deyə general R.Tahirov bildirib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı