Modern.az

Hərbçimiz intihar etdi

Hərbçimiz intihar etdi

Aktual

2 Noyabr 2012, 10:24

Azərbaycan Daxili Qoşunlarının hərbçisi özünü öldürüb. Modern.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, hadisə Sumqayıtda baş verib. Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq xidmət edən, baş çavuş, 22 yaşlı Tural Hümbət oğlu Məmmədov özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı