Modern.az

Azərbaycandakı soyuducu anbarlarda monitorinqlər aparılacaq - ASC rəsmisi

Azərbaycandakı soyuducu anbarlarda monitorinqlər aparılacaq - ASC rəsmisi

2 Noyabr 2012, 11:00


Son illərdə Azərbaycanda kənd təsərrüfatı məhsullarının uzun müddətə saxlanması üçün soyuducu anbar komplekslərinin tikintisi geniş vüsət alıb. Amma hökumət rəsmiləri regionlarda soyuducu anbar komplekslərinin yaradılmasını kənd təsərrüfatının inkişafına təkan olacaq vacib layihələrdən biri kimi qeyd etsələr də, istifadəyə verilmiş soyuducu anbar komplekslərinin çoxu hələ də boş qalıb.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti texnoloji avadanlıqlar şöbəsinin müdiri Şamil Camalovun Modern.az-a verdiyi məlumata görə, yaxın vaxtlarda bir neçə bölgədə soyuducu anbarların işləməsi və kameralara məhsulların yığılması ilə bağlı monitorinqlər aparılacaq. Onun sözlərinə görə, bir müddət əvvəl Quba, Qusar, Xaçmaz, Xudat rayonunda aparılan monitorinqlər zamanı 16 soyuducu anbardan birinin boş olması müəyyən olunub. Şöbə müdiri onu da bildirdi ki, soyuducu anbarların işləməsi, məhsulların yığılması  ilə bağlı monitorinq aparılıb və nəticələrə əsasən aktlar tərtib olunub: “Bu bölgədə 16 soyuducu anbar var ki, onların da hamısına baxış keçirilib. Onlardan 15-nə məhsullar vurulub, anbarlardan yalnız biri boşdur”.

Şöbə müdirinin sözlərinə görə, həmin soyuducu anbarın boş olması hansısa sahibkarın ora xüsusi mal vurmaq istəməsidir. “Həmin sahibkar öz istəyindən asılı olaraq anbarı boş saxlayıb. Biz onlara müdaxilə edə bilmirik. Digər rayonların soyuducu kameralarında belə bir problem yoxdur”.  Şöbə müdiri onu da bildirdi ki, bu yaxınlarda Gəncə, Şəmkir, Goranboy ərazisində yerləşən soyuducu anbarlarda da monitorinqlər aparılacaq.

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır