Modern.az

Azərbaycanda koronavirusdan vəfat edən vəkillər - ADLAR

Azərbaycanda koronavirusdan vəfat edən vəkillər - ADLAR

2 Sentyabr 2021, 13:37

Son vaxtlar digər ölkələrdə olduğu kimi, Azəbaycanda da koronavirusa yoluxma və ölüm halları artır. Belə ki, dünyada COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 218 milyonu ötüb, yarım milyona yaxın insan pandemiyanın qurbanı olub.

 

İndiyədək ölkəmizdə 428 mindən çox yoluxma halı aşkar edilib, 5700-ə yaxın şəxs bu xəstəlikdən dünyasını dəyişib. 

 

Təhlükəli virusa yoluxan və bu səbəbdən həyatlarını itirənlər arasında vəkillər də var.

 

Modern.az koronavirusdan vəfat edən vəkillərlə bağlı məlumatları təqdim edir:

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Adil İsmayılov ötən ilin dekabrında 63 yaşında COVİD-19-dan vəfat edib.

 

A.İsmayılov 30 illik vəkil təcrübəsində bir sıra tanınmış şəxslərin hüquqlarını müdafiə edib.

 

2020-ci il noyabrın 28-də 22 saylı Vəkil Bürosunun rəhbəri, tanınmış vəkil Tahir Əlirzayev koronavirusdan dünyasını dəyişib.

 

Bu il martın 29-da tanınmış hüquqşünas, Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlov 55 yaşında COVİD bəlasının qurbanı olub. 

 

Mərhum hüquqşünas 2020-ci ildə deputatlığa namizəd olmuşdu. 

 

2020-ci il dekabrın 23-də 15 saylı vəkil bürosunun vəkili Heydər Əsgərov COVID-19 xəstəliyindən vəfat edib. 66 yaşlı H.Əsgərov 17 il vəkillik fəaliyyəti ilə məşğul olub.

 

Ötən il dekabrın 3-də Vəkillər Kollegiyasının üzvü, “Lider” Vəkil bürosunun rəhbəri Əli Ələkbərov COVID-19 infeksiyasından dünyasını dəyişib.

 

2020-ci il dekabrın 1-də Tərtər rayon Vəkil Bürosunun vəkili Yusif Seyidov koronavirusa yoluxma səbəbindən həyatla əbədi vidalaşıb.

 

Ötən il iyulun 18-də Vəkillər Kollegiyasının üzvü Rəfiqə Seyidova 62 yaşında bu xəstəlikdən vəfat edib.

 

R.Seyidova 14 saylı Vəkil Bürosunun vəkili olub.

 

Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Fərman Əfəndiyev avqustun 23-də dünyasını dəyişib. Onun ölüm səbəbi də koronavirus olub.

 

Qeyd edək ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanı COVID-19 adlandırıb, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir