Modern.az

Müxalifətin piketi: saxlanılanlar var - YENİLƏNİR

Müxalifətin piketi: saxlanılanlar var - YENİLƏNİR

2 Noyabr 2012, 12:30

İctimai Palatanın bu günə təyin etdiyi piket artıq başlayıb. Parlamentin buraxılması tələbi ilə keçmiş Əzizbəyov heykəlinin qarşısında başlanan piket iştirakçları ilə polis arasında qarşıdurma yaranıb. İlkin məlumarlara görə, 15-ə yaxın müxalifət nümayəndəsi polis tərəfindən saxlanılıb. Aksiyada çıxış edən sabiq deputat Pənah Hüseyn piketin qətiyyətlə davam edəcəyini və bundan sonra da parlamentin buraxılması yönündə piketlərin ardıcıl keçiriləcəyini bildirib.

Hazıda aksiya davam edir. İştirakçıları Parlamentin qarşısına doğru hərəkət etdiyi bildirilir.

***

Polis parlament binasına yaxınlaşan daha bir neçə müxalifyönlü gənci saxlayaraq, ərazidən uzaqlaşdırıb.

***

Aksiya iştirakçıları müxtəlif istiqamətlərdən Milli Məclisə doğru irəliləmək istəsələr də, polis onların qarşısını alıb. Aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb, bir neçə nəfər saxlanılıb. Hazırda saxlanılanların sayı dəqiqləşdirilir.

Anar Kəlbiyev  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir