Modern.az

Fazil Mustafa: ""Azadlıq" qəzetilə bağlı ABŞ səfirliyinə müraciət etmişəm"

Fazil Mustafa: ""Azadlıq" qəzetilə bağlı ABŞ səfirliyinə müraciət etmişəm"

2 Noyabr 2012, 12:42

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Fazil Mustafa son zamanlar özü ilə bir qrup köşə yazarı arasında yaşanan qalmaqalla bağlı münasibət bildirib. Millət vəkili deyib ki, Azərbaycan “Diffamasiya haqqında” qanunun tez bir zamanda qəbul olunmasına hələ hazır deyil.

“Azərbaycan mətbuatında yer alan şər, şantaj parlamentin işgizar fəaliyyətinə mənfi təsir göstərir. Bütün bunların qarşısını almaq üçün təklif edirəm ki, Milli Məclisin mətbuat xidməti Mətbuat Şurasına müraciət etsin. Azərbaycanda “Azadlıq” qəzetində yazılan yazılar ikrah doğurur. Mən bununla bağlı Amerika səfirliyinə müraciət etmişəm. Hesab edirəm ki, Milli Məclis bu məsələyə mütləq münasibətini bildirməlidir. Bu iqtidar və müxalifət KİV-lərinə də aiddir. Azərbaycanın xeyrinə aparılan işlərə qarşı çirkin kampaniya başlayıb. Vahid Mustafayevin “Xoca” filminə etiraz edirlər. Ola bilsin ki, bu filmdə peşəkarlıq baxımdan hardasa nöqsanlar olsun. Amma buna qarşı belə münasibət anlaşılmazdır”, - deyə F.Mustafa vurğulayıb.

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi