Modern.az

Bakıda dünya aclıq problemi və onun həlli müzakirə edildi

Bakıda dünya aclıq problemi və onun həlli müzakirə edildi

2 Noyabr 2012, 12:58

Bu gün Dialoq Avrasiya Platformu və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA ) İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə 31 oktyabr Dünya Qənaət Gününə həsr edilmiş “Dünya aclıq problemi və onun həlli istiqamətində axtarışlar” adlı elmi-nəzəri konfrans keçirilib.

Konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açıb. O, konfransda olduqca mühüm problemlərin qoyulduğunu aclıq, qənaət kimi məsələlərin daim dünyanı düşündürən məsələlər olduğunu deyib:
“Dünyanın bir tərəfində bolluğun, israfçılığın, digər tərəfində isə aclığın olduğu və minimum yaşayış tələblərinin ödənilmədiyi halda, belə bir konfransın keçirilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu konfrans xüsusi aktuallığa malikdir”.

“Dünyada aclıqdan əziyyət çəkən bir milyard insan var ki, onların hər gün sayı artır”. Modern.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev bildirib.

Direktor deyib ki, dünyada baş verən müharibələr və bu kimi proseslər aclığın yaranmasına əsas səbəbdir . 

“İnkişaf etmiş ölkələrdə aclıq böyük problemdir . Dünyada maliyyə böhranı gedir. Bu səbəbdən də insanlar aclıqdan əziyyət çəkir. Aclığı yaradan səbəblər ekoloji tarazlığın pozulması, müharibə təhlükəsinin artması və bu kimi problemlərdir. Və bunlarda ərzağın qiymətinin artmasına səbəb olur. Konfransımızın da məqsədi aclıq problemini gündəm də saxlamaqdır”, – deyə direktoru qeyd edib .

“Dünyada 7 milyard insanın hər yeddisindən biri acdır”. Bunu Dialoq Avrasiya Platformasının Azərbaycan üzrə koordinatoru Mustafa Saatcı çıxışı zamanı deyib.

O bildirib ki, konfransın keçirilməsində məqsəd aclıqdan əziyət çəkən insanları xilas etməkdir. “Bizim bu konfransı keçirməkdə məqsədimiz də həmin o insanları xilsas etməyə çalışmağımızdır.  Azərbaycana gəlincə isə  iqtisadi durum yaxşıdır . Ancaq hər kəs aclığa qarşı mübarizə aparmalıdır” – deyə Mustafa Saatcı bildirib.

Daha sonra konfransda millət vəkili Qənirə Paşayeva,  professor İslam İbrahimov, Azərbaycan Dövlət Neft Akademiyasının dosenti İlham Rüstəmov və digər elm xadimləri çıxış edərək, dünyanın aclıq problemlərinə toxunublar.

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!