Modern.az

İkinci Respublika Bayraq Festivalı keçiriləcək

İkinci Respublika Bayraq Festivalı keçiriləcək

2 Noyabr 2012, 13:22

Noyabrın 7-də İkinci Respublika Bayraq Festivalı keçiriləcək. Modern.az xəbər verir ki, festival saat 15.00-da Bakı İdman Sarayında 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunub. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival çərçivəsində gənc rəssamların iştirakı ilə müsabiqənin keçirilməsi, qaliblərin mükafatlandırılması və tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təşkil ediləcək.

Tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatları nümayəndələrinin, millət vəkillərinin, tələbələrin, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların zabit və əsgər heyətinin, gənclər təşkilatlarının üzvlərinin və fəal gənclərin iştirakı nəzərdə tutulub.

Festivalın sonunda isə tədbir iştirakçılarının müşayiəti ilə Bakı İdman Sarayının yaxınlığında şarlardan düzəldilmiş rəmzi bayraq maketi havaya buraxılacaq.

Qeyd edək ki, festival Prezidentin “Azərbaycan Respublikasının Dövlət bayrağı Gününün təsis edilməsi haqqında” 17 noyabr 2009-cu il tarixli Sərəncamının və “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən təşkil edilir.

  Sevinc  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi