Modern.az

Orta məktəblərdə payız tətilinin vaxtı dəyişdirildi

Orta məktəblərdə payız tətilinin vaxtı dəyişdirildi

Aktual

2 Noyabr 2012, 13:35

Azərbaycanın orta məktəblərində payız tətilinin müddətində dəyişiklik olub.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, məktəblilərin payız tətilinin müddəti noyabrın 12-dən 17-nə qədərdir.

Lakin Azərbaycan Nazirlər Kabineti Dövlət Bayraq Günü münasibətilə noyabrın 9-nu “qeyri-iş günü” elan etdiyindən tətil günlərində də dəyişiklik olub. Belə ki, noyabrın 9-u cümə gününə düşdüyündən 5 günlük qrafiklə işləyən məktəblərdə şagirdlər məktəbə noyabrın 19-da gələcək, 10 gün istirahət edəcəklər. 6 günlük qrafiklə işləyən məktəblərdə isə noyabrın 10-da dərs olacaq. Həmin məktəblərin şagirdləri də tətildən noyabrın 19-da qayıdacaqlar.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı