Modern.az

Region gənclərinin beynəlxalq əlaqələri gücləndirilir

Region gənclərinin beynəlxalq əlaqələri gücləndirilir

Aktual

2 Noyabr 2012, 15:00

Bu gün Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən icra olunan “Region gənclərinin beynəlxalq əməkdaşlığının genişləndirilməsinə dəstək” layihəsi çərçivəsində Mingəçevir şəhərində praktik təlim təşkil olunub.

Tələbə və gənc müəllimlərin iştirakı ilə Mingəçevir Turizm Kollecində keçirilən təlimin əsas məqsədi region gənclərinin müxtəlif ölkələrdə təşkil edilən beynəlxalq mübadilə, təhsil, təlim və tanışlıq proqramlarında iştirak yollarının öyrənilməsi olub. Mərkəzin 2 eksperti tərəfindən təlimdə beynəlxalq əməkdaşlığın əhəmiyyəti, mövcud imkanlar, əlaqələrin qurulması yolları, Avropanın gənclərlə bağlı müxtəlif proqramları və onlarda iştirak qaydaları, gənclərin beynəlxalq layihə və proqramları, beynəlxalq gənclər təşkilatlarında iştirakçılıq və digər mövzularda praktiki məşğələlər keçirilib. Mərkəzin icraçı direktoru Rasim Ağayevin verdiyi məlumata görə son illər ölkəmizdə gənclər təşkilatlarının inkişafı, onların yeni təşəbbüskarlığı artıq həmin qurumların regional və beynəlxalq əlaqələrinin inkişafı zərurətini meydana gətirib. Bu məqsədlə Azərbaycanda gənclərin və gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının artırılması üçün yeni imkanların yaradılması nəzərdə tutulur.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq reallaşdırılan bu layihə çərçivəsində gənclər üçün silsilə təlim proqramlarının, məsləhət saatlarının və ekspertlərlə görüşlərin keçirilməsi planlaşdırılır. Qeyd edək ki, Mərkəzin Mingəçevir şəhərində fəaliyyət göstərən ofisi Avropa Komissiyasının Gənclər Proqramı tərəfindən akkreditasiya olunmuş ilk region təşkilatıdır.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır