Modern.az

«Azərikimya»da Belarusdan gələnlərlə nə danışılıb?

«Azərikimya»da Belarusdan gələnlərlə nə danışılıb?

2 Noyabr 2012, 15:49

«Azərikimya» İstehsalat Birliyində Belarus Respublikası baş naziri­nin birinci müavini Vladimir Semaşkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.

«Azərikimya»nın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, görüşdə iki ölkə arasında son illərdə iqtisadi və mədəni əlaqələrin bütün istiqa­mətlərdə daha da genişləndiyi qeyd edilib. «Azərikimya» İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev qonaqlara Azərbaycanın neft-kimya sənayesinin yaradılması tarixi və inkişaf perspektivləri, o cümlədən yeni yaradılmaqda olan Sumqayıt Kimya Sənaye Parkı haqqında geniş məlumat verib. Neft-kimya məhsullarının qarşılıq­lı mübadiləsi və idxal-ixrac həcminin artırılması, Azərbaycanın neft-kimya üzrə yeni layihələrinin reallaş­ma­sında, həmçinin yeni yaradılmış «Sumqayıt Kimya Sənaye Parkı» MMC-nın isteh­salat sahələrinin genişləndiril­mə­sində Belarus investorlarının və mütəxəssislərinin işti­rakı, qarşılıqlı təcrübə müba­diləsi və s. də görüşün əsas müzakirə mövzusu olub.

Tərəflər neft-kimya sahəsində elmi-texniki və investisiya əməkdaşlığı ilə də bağlı işgüzar müzakirə aparıb. Bu sahədə əlaqələrin daha da inkişaf etdirilməsi və kon­kret tədbirlərin həyata keçirilməsinə başlanılması məqsədilə «Azərikimya» İB-nin nüma­yən­də heyətinin noyabr ayında Belarusa işgüzar səfərinin təşkili planlaşdırılıb. Səfər çərçivəsində Azərbaycan tərəfinin Belarusun neft-kimya müəssisələri və Mogilyov­da­ yara­dılmış Azad İqtisadi Zona ilə tanışlığı da nəzərdə tutul­ub. Görüşdə «Sumqayıt Kimya Sənaye Parkı» MMC-nın direktoru Mehman Ağayev və Birliyin «Kimyalayihə» İnstitutunun direktoru Rza Rzayev iştirak ediblər.



Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir