Modern.az

Parlamentin Elm və təhsil komitəsi işlər planını açıqladı

Parlamentin Elm və təhsil komitəsi işlər planını açıqladı

Parlament

4 Sentyabr 2021, 13:02

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyası üçün işlər planına daxil edilən qanun layihələri məlum olub.

 

Modern.az xəbər verir ki, komitənin işlər planına iki yeni qanun layihəsi daxil edilib.

 

Bunlar “Ali təhsil haqqında ” və “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihələrinin hazırlanması və Milli Məclisin plenar iclasına tövsiyə edilməsidir.

 

Bundan əlavə, işlər planına komitəyə daxil olan sənədlərin, müraciətlərin müzakirəsi və ekspertizası, digər komitələrlə birgə MM-ə çıxarılacaq sənədlərin müzakirəsi və komitələrin iclaslarında iştirak, komitədə qəbul olunmuş qanunlar, qərarlar və s. barədə KİV-ə məlumat verilməsi, komitə üzvlərinin ölkə, beynəlxalq və digər tədbirlərdə iştirakı və komitənin gördüyü işlərə dair hesabatın və digər sənədlərin hazırlanması, komitədə müzakirəsinə dair məsələlərdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir