Modern.az

Nazirlik Azərbaycandakı Stalinqrad döyüşü veteranlarına müraciət etdi

Nazirlik Azərbaycandakı Stalinqrad döyüşü veteranlarına müraciət etdi

2 Noyabr 2012, 18:38

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycandakı Stalinqrad döyüşü iştirakçılarına müraciət edib. Nazirliyin nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, «Stalinqrad döyüşündə alman-faşist ordusunun darmadağın edilməsinin 70 illiyinin bayram edilməsi barədə» Rusiya Federasiyası Prezidentinin 21 sentyabr 2012-ci il tarixli 1305 nömrəli fərmanının icrası ilə bağlı həyata keçiriləcək tədbirlər çərçivəsində Stalinqrad döyüşünün bütün iştirakçılarının təbrik edilməsi nəzərdə tutulub.

“Bununla bağlı olaraq, Stalinqrad döyüşündə iştirak etmiş bütün sağ qalmış döyüşçülərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməsi xahiş olunur. Əlaqə telefonu: (012) 596 50 07; (012) 596 50 37”-deyə müraciətdə vurğulanıb.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?