Modern.az

Ramiz Fətəliyev yazıçı Anarın iradlarına cavab verdi

Ramiz Fətəliyev yazıçı Anarın iradlarına cavab verdi

Ölkə

3 Noyabr 2012, 11:58

Xalq yazıçısı Anar Azərbaycan telekanallarında yayımlanan seriallarla bağlı sərt mövqeyini bildirib. Yazıçı deyib ki, televizora baxmır və televiziyalarda verilən serialların ssenarisi ona bayağı təsir bağışlayır. Amma serialların çəkilməsində böyük zəhməti olan şəxslər yazıçının bu iradı ilə razılaşmırlar. 

ATV telekanalında yayımlanan “Sirr” teleserialının ssenari müəlliflərindən biri olan Ramiz Fətəliyev Anarın münasibətinə heç bir anlam verə bilmədiyini deyib.
“Əgər yazıçı Anar sseriallara baxmırsa, ssenarini oxumayıbsa, o necə nəticə çıxarda bilər? Azərbaycanda seriallar yeni bir pillədir. Bundan qabaq Azərbaycanda heç serial da yox idi. Rus və türk serialları ilə kifayətlənirdik. Həm də serialı bir nəfər çəkmir. Bir seriya üzərində 60-100 nəfər işləyir. Gərək bu səhvlərdən, sınaqlardan, çətinliklərdən keçək, bir-birimizə rəhm edək ki, təzə başlayırıq . Anar kimi adamların təcili hökmlərini sadəcə anlamıram”.

Serialın rejissoru Ülviyə Könül də həmkarının fikirləri ilə razılaşıb bu işdə zamana ehtiyacları olduğunu bildirib. “Bayağı seriallarımız da, normal seriallarımızda var. İnkişaf gedir, inkişaf olandan sonra hər şey yaxşı olacaq. Zamanla hər şey mütləq düzələcək”.

Xəzər TV-də yayımlanan  “Aramızda qalsın ” serialının baş prodüseri Elnarə Qədimova isə çəkdikləri serialı bu sözlərə layiq görmür.
“Serialımız keyfiyyət baxımından, texniki baxımdan çox yaxşıdır. Bizdə ümumi tələblərə cavab vermək üçün 10 il vaxt lazımdır”.

ATV telekanalında yayımlanan “Məhkumlar” serialının rejissoru Yaşar Əhmədov serialların bu qədər bayağı olmasının səbəbini həyatda baş verən hadisələrin bayağı olmasında görür.
“Anar müəllim bizim böyüyümüzdür. Biz ona hörmətlə yanaşırıq. Onun  sözlərində həqiqət var ki, bəzi seriallarımızda bayağılıq var. Bildiyiniz kimi, seriallara “sabun operaları” deyirlər, əgər bayağılıq olmasaydı, bu ad ortaya çıxmazdı. Əlbəttəi, cəhd etməliyik ki, o bayağılıqdan çıxaq. Ona nə qədər nail olmuşuq, buna tamaşaçı qiymət verəcək”.

Şahanə Rəhimli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü