Modern.az

Hadı Rəcəblidən İlqar Məmmədova cavab: “Ayıb olsun ona”

Hadı Rəcəblidən İlqar Məmmədova cavab: “Ayıb olsun ona”

Parlament

3 Noyabr 2012, 17:08

 

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli REAL Hərəkatının sədri İlqar Məmmədova parlamenti təhqir etdiyinə görə cavab verib.

Modern.az-a bu haqda danışan millət vəkili bildirib ki, bu gün Azərbaycanda elə bir demokratik cəmiyyət yaradılıb ki, müntəzəm olaraq gündə bir partiya dəyişən, Milli Məclisin o bəyənmədiyi ağız-ağıza, dodaq-dodağa öpüşdüyü təkbir deputatları ilə xosunlaşaraq İlqar Məmmədov nəsə bir tanınmayan hərəkat yaradıb.

“Təhqir etdiyi parlament tərəfindən qəbul edilmiş qanunların imkanlarından yararlanıb, bu adam mətbuatda ağzına gələn ifadələri işlədərək, Milli Məclisi aşağılayır. Öz səviyyəsinə uyğun epitetlər istifadə edir və nəticə olaraq, cəzasız qalır”-H.Rəcəbli qeyd edib.

Millət vəkilinin sözlərinə görə, Milli Məclis öz nüfuzunu qoruyaraq, aliliyini göstərərək İ.Məmmədova onun leksikonu ilə cavab vermir.

“Parlamentdə çox hörmətli adamlar var. Onlar cəmiyyətin sayılıb-seçilən  insanlarıdır. Cəmiyyətdə hər cür fərdlər var. Həbs olunanlar da, pis əməl sahibləri də. Belə olan təqdirdə bütün cəmiyyət və xalq haqqında belə ümumiləşdirilmiş iyrənc, eybəcər sözlər işlətmək olmaz.  Nöqsan hər yerdə var, bütün strukturlarda var və Milli Məclis də bu nöqsanlardan təmizlənir, mövqeyindən uzaqlaşdırılır”-deyə, deputat qeyd edib.

Hadi Rəcəblinin sözlərinə görə, Milli Məclisin deputatlarının çoxunun yaşı 60-dan yuxarıdır. “İlqar Məmmədovun atası, anası, əgər o bunu başa düşürsə, ağsaqqalı yerindədirlər. Parlamentdə 40-dan çox elmlər doktoru, professor var. Buraya seçilən hər bir deputata 37-38 min seçisi səs verib. "Sürü axsaqsız olmaz" deyib atalar. Belə də olanda partiya da, parlament də, nazirlər də vaxtaşırı təmizlənir və tale elə gətirir ki, jurnalistlər də təmizlənir. Eyni zamanda QHT-lərin tərkibləri də təmizlənir. Ona görə də mən parlament haqqında bu fikirləri səsləndirən adamı birinci normal, ikinci vətəndaş, üçüncü azərbaycanlı hesab etmirəm. Bu təhqiramız yazı tərbiyəsiz, mənəviyyatsız və əxlaqsız adamın qələmindən çıxa bilər. Çünki, parlamentdə oturanların hər biri və onların qohum-əqrəbəsi ona İlqar təfəkküründə, İlqar səviyyəsində, İlqar dilində cavab verə bilərlər. Ayıb olsun ona”-deyə, Hadi Rəcəbli bildirib.

Xatırladaq ki, REAL Hərəkatının sədri İlqar Məmmədov sosial şəbəkələrdə yazdığı statusda Milli Məclisi zoopark adlandırıb. Bu isə deputatların ciddi etirazına səbəb olub.

Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı