Modern.az

İsa Qəmbər Dövlət Baxçalı ilə görüşdü - FOTO

İsa Qəmbər Dövlət Baxçalı ilə görüşdü - FOTO

3 Noyabr 2012, 17:25

Ankarada olan Musavat başqanı İsa Qəmbər və "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Milliyyətçi Hərəkat Partiyasının qərargahında olublar. Modern.az bildirir ki, Rauf Arifoğlunun musavat.com-a verdiyi məlumata görə, sabaha nəzərdə tutulmuş qurultayla bağlı hazırda MHP-nin qərargahında böyük həyəcan və qələbəlik var:
“İsa Qəmbər MHP millət vəkili Atilla Kaya, MHP genel başqan yardımçısı Togrul Türkeş (əfsanəvi Alparslan Türkeşin oğlu) tərəfindən hərarətlə qarşılandı”.

MHP lideri Dövlət Baxçalı İsa Qəmbər və Rauf Arifoğlunu qəbul edərək, onlarla səmimi ortamda görüşüb. İsa Qəmbər Azərbaycanı və Müsavat Partiyasını simvolizə edən hədiyyələri MHP başqanına təqdim edib. Dövlət Baxçalı qonaqlarını hərarətlə salamlayıb və Azərbaycanla Turkiyə arasında münasibətlərin çox önəmli olduğunu vurğulayıb. Müsavat başqanı İsa Qəmbər bildirib ki, MHP təkcə Türkiyənin deyil, eləcə də Azərbaycanın, bütün türk dünyasının partiyasıdır. O, bu gün Azərbaycanı sevən, Azərbaycana daima sayğı ilə yanaşan, onun ümdə maraqlarını müdafiə edən bir partiyanın qurultayında iştirakdan, köhnə dostlarla bir yerdə olmaqdan məmnun olduqlarını və şərəf duyduqlarını bildirib.

Daha sonra xatirə şəkli çəkilib. Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoglu MHP-nin 10-cu qurultayına qonaq olaraq Dövlət Baxçalı tərəfindən dəvət olunublar.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?