Modern.az

Paralimpiyaçılara ayrılan mükafat: 19 medala görə 4,6 milyon manat...

Paralimpiyaçılara ayrılan mükafat: 19 medala görə 4,6 milyon manat...

Aktual

7 Sentyabr 2021, 09:30

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.

 

Sərənacama əsasən, Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında əldə etdikləri ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

 

 - birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min), onun məşqçisinə 100 000 (yüz min) manat;

 

 - ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min), onun məşqçisinə 50 000 (əlli min) manat;

 

 - üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min), onun məşqçisinə 25 000 (iyirmi beş min) manat.

 

Məlum olduğu kimi, Tokio-2020 Paralimpiya Oyunlarında Azərbaycan yığması 14-ü qızıl, 1-i gümüş və 4-ü bürünc olmaqla ümumilikdə 19 medal qazanıb. Komandamızın heyətində Şəhanə Hacıyeva, Saleh Raman, Vüqar Şirinli, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimli, Həmid Heydəri, Elvin Astanov, Dürsədəf Kərimova, Vəli İsrafilov, Lamiyə Vəliyeva, Orxan Aslanov qızıl, Lamiyə Vəliyeva gümüş, Pərvin Məmmədov, Namiq Abaslı, İlham Zəkiyev, Səid Nəcəfzadə bürünc medala sahib olublar.

 

 

Modern.az xəbər verir ki, qızıl medal qazanan idmançılara ümumilikdə (14 qızıl medal) 2 milyon 800 min manat, gümüş medal qazanan idmançıya (1 gümüş medal) 100 min manat, yarışlarda bürünc medal qazananlara isə (4 bürünc medal) 200 min manat pul veriləcək.

 

Ümumilikdə idmançılara veriləcək pul mükafatı 3 milyon 100 min manat təşkil edir.

 

Bundan əlavə, birinci yerin qalibi olan idmançının şəxsi məşqçisinə 100 min manat mükafat nəzərdə tutulub. İdmançılar 14 qızıl medal qazandığından onların şəxsi məşqçiləri üçün nəzərdə tutulan vəsait 1 milyon 400 min manatdır. İkinci yerin qalibi olan idmançının şəxsi məşqçisi üçün 50 min manat, üçüncü yerin qalibi olan idmançıların şəxsi məşqçisi üçün isə 100 min manat mükafat ayrılıb.

 

Məşqçilər üçün nəzərdə tutulan pul mükafatı 1 milyon 550 min manat təşkil edir.

 

Qeyd edək ki, qalib idmançılar və məşqçilərə veriləcək ümumi məbləğ 4 milyon 650 min manatdır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?