Modern.az

Cəmi 10 aya hazırlanan “Zəfər Yolu” tarixə düşəcək

Cəmi 10 aya hazırlanan “Zəfər Yolu” tarixə düşəcək

İqtisadiyyat

7 Sentyabr 2021, 12:21

Hazırda “Zəfər Yolu”nda son tamamlanma işləri görülür. Artıq asfaltlanma işləri bitmək üzrədir.

 

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

 

AAYDA rəsmisi bildirib ki, bu ayın sonuna qədər  “Zəfər Yolu”nda işlərin yekunlaşması planlaşdırılıb:

 

"Bu yolda 4 körpü, suötürücü borular, düzbucaqlı su keçidləri, yeraltı keçidlər inşa olunub. Bütün süni qurğuların inşası tamamlanıb. Asfaltlanma işləri bitdikdən sonra isə yolun üfüqi nişanlama xətlərinin çəkilməsi, müvafiq yol nişanlarının quraşdırılması işləri tamamlanacaq. Sentyabr ayının sonuna qədər bu işlərin tam yekunlaşdırılmasını planlaşdırmışıq".

 

A.Nəcəfli qeyd edib ki, nəinki regionda, yol tikintisi tarixində bu cür genişmiqyaslı, qısa müddət ərzində respublika əhəmiyyətli yolun inşası aparılmayıb. O, həmçinin əlavə edib ki, bu işlər cəmi 10 ay ərzində həyata keçirilib.

 

Xatırladaq ki, ötən il noyabr ayının 16-da təməli qoyulmuş və uzunluğu 101 kilometr təşkil edən “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-ci texniki dərəcəyə uyğun inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə “Zəfər yolu” Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı