Modern.az

Məktəblilər köhnə formalarla dərsə gedə bilər

Məktəblilər köhnə formalarla dərsə gedə bilər

Təhsil

7 Sentyabr 2021, 15:02

Vahid məktəbli formaları ilə bağlı yeni qərar yoxdur. Hər kəs aldığı məktəbli forması ilə dərsə gələ bilər.

 

Modern.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə bildirib.

 

Nazirliyin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu isə jurnalistlərin sualına cavabında deyib ki, yeni forma qəbul edilsə belə, köhnə formalar sıradan çıxana qədər geyinilə bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir