Modern.az

Partiya sədri Meksikaya gedib

Partiya sədri Meksikaya gedib

5 Noyabr 2012, 10:21

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Meksikaya səfərə gedib. Bu barədə Modern.az saytına partiyanın mətbuat xidmətindən məlumat verilib.

 Səfərdə məqsəd bu yaxınlarda Meksikada keçirilmiş parlament seçkilərindən sonra yeni formalaşdırılmış parlamentlərarası dostluq qrupunun üzvləri ilə yaxından tanış olmaq, onlarla ölkələrimiz arasındakı münasibətlərə dair fikir mübadiləsi aparmaq, Azərbaycanı tanıtmaq məqsədilə müəyyən təqdimatlar etməkdir. Millət vəkili Meksika görüşlərində Cənubi Qafqaz regionundakı vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi, "Xocalıya ədalət"in tanınması ilə bağlı müzakirələr aparacaq.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu