Modern.az

“Gəldik, gördük, yazdıq”...

“Gəldik, gördük, yazdıq”...

Qarabağ

5 Noyabr 2012, 10:50

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi, bu ilin sentyabr ayından başlayıb gələn ilin fevralınadək davam edəcək “Gəldik, gördük, yazdıq” adlı layihə çərçivəsində sabah, millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, QHT rəhbərləri və KİV təmsilçilərinin iştirakı ilə “Qarabağ: Türk Dünyasının ortaq problemi” mövzulu konfrans düzənlənəcək.  Konfransın açılış mərasimi saat 14.00 Azərbaycanda Atatürk Mərkəzində baş tutacaq.

İdeya və icra proqramı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən dəstəklənən və şərti olaraq 3 mərhələdən (hazırlıq, qonaqların Azərbaycana gəliş-dönüşü və məqalələr toplusunun nəşri) ibarət olan layihənin bu mərhələsində, Azərbaycanda Atatürk Mərkəzi, TİKA, TÜSİAB,  EkoAVRASİYA, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu, ATXƏM, Beynəlxalq Avrasya Mətbuat Fondu ilə tərəfdaşlıq şəraitində 12 türk dövlət və topluluğundan 18 gənc yazar, jurnalist və yeni nəsil siyasi icmalçısı Bakıya gəlir.

11 noyabr 2012-ci il tarixdək Azərbaycanda olacaq qonaqlar Azərbaycan həqiqətləri ilə yaxından tanış olmaq üçün respublikamızın böl­gələrinə (Tovuz, Ağdam (Quzanlı), Tərtər, Quba) ziyarətə qatılacaq (8-10 noyabr), yerli ictimaiyyət nüma­yəndələri ilə görüşlər keçirəcəklər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar