Modern.az

İvanişvili İsa Qəmbərə qurultay üçün yer ayıracağına söz verib - AÇIQLAMA

İvanişvili İsa Qəmbərə qurultay üçün yer ayıracağına söz verib - AÇIQLAMA

5 Noyabr 2012, 12:03

Müsavat başqanı İsa Qəmbərin Gürcüstana səfərindən sonra partiyanın qurultay məsələsi yenidən gündəmə gəlib. İsa Qəmbərin Tiflis səfərindən sonra Müsavatın qurultayı ilə bağlı yeniliklərin olacağı gözlənilirdi. Amma tədbirin keçirilməsi üçün müəmmalı qalan yer məsələsi bu dəfə də öz həllini tapmadı. Müsavat Partiyasının müttəfiqləri olan Respublikaçılar Partiyasının Gürcüstanda hakimiyyət gəlməsindən sonra gözlər bir daha Tiflisə yönəlmişdi.

Müsavat başqanının müavini Gülağa Aslanlı İsa Qəmbərin qurultayla bağlı Tiflisdə apardığı müzakirələr və Gürcüstan tərəfinin mövqeyinə dair Modern.az-a açıqlama verib.

Hələ də Azərbaycan hakimiyyətindən yer gözlədiklərini bildirən G.Aslanlının sözlərinə görə, Bidzina İvanişvili hakimiyyəti onlara qurultayın keçirilməsi üçün Bakını məsləhət görüb.

“Biz hələ də Azərbaycan hakimiyyətindən qurultayın keçirilməsi üçün yer verməsini gözləyirik. Ən azı gözləyirik ki, bu hakimiyyət bizim qurultay keçirməyimiz haqqında düşünəcək.
Gürcüstan tərəfi ilk gündən bu məsələyə heç bir tərəfi incitmədən münasibət göstərib. Onlar bildiriblər ki, qurultayın Azərbaycanda keçirilməsi daha yaxşı olardı, Azərbaycan hakimiyyəti buna şərati yaratmalıdır. Qeyd ediblər ki, “əgər Azərbaycan sizə şərait yaratmazsa, biz bu məsələni müzakirə edib Gürcüstanda keçirilməsini həll edə bilərik””, -deyə Müsavat rəsmisi bildirib.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir