Modern.az

Yasir Ərəfatı da qəbirdən çıxarırlar

Yasir Ərəfatı da qəbirdən çıxarırlar

Aktual

5 Noyabr 2012, 15:14

Fələstin lideri Yasir Ərəfatın qəbrinin açılması noyabrın 26-na təyin olunub. Modern.az  “Assosşeyted Press” agentliyinə istinadən bildirir ki, İsveçrənin Lozanna şəhərindəki radiofizika İnstitutunun bir qrup eksperti artıq Ərəfatın mavzoleyi yerləşən İordan çayının Qərb sahilinə gəlib.
İsveç mütəxəssisləri Ərəfatın şəxsi əşyalarını artıq yoxlayıblar. Ərəfatın qanında, sidiyində  və tərində polonium-210 maddəsi aşkar olunub.   

Ağır xəstə olan Ərəfat 2004-cü ilin dekabrında Fransada vəfat edib. Fələstin liderinin ölümü haqqında mötəbər məlumatlar açıqlanmadığı üçün onun zəhərlənərək öldürülməsi barədə xəbərələr yayılıb.      

X. SƏFƏROĞLU
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi