Modern.az

ABŞ səfiri: “NATO Qarabağ məsələsində heç bir rol oynaya bilməz”

ABŞ səfiri: “NATO Qarabağ məsələsində heç bir rol oynaya bilməz”

5 Noyabr 2012, 15:18

ABŞ və Rusiya Cənubi Qafqazda bir-biri ilə rəqabət aparımır. Modern.az bildirir ki, bu barədə ABŞ-ın Ermənistanda olan səfiri Con Heffren jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Moskva və Vaşinqton ATƏT-in Minsk Qrupu çərçivəsində sıx əməkdaşlıq edir.
““Soyuq müharibə” sona çatıb. Rusiya Amerikanın tərəfdaşıdır və mən rəqabət üçün səbəb görmürəm.Təkcə Rusiya yox, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının digər üzvləri də eyni zamanda NATO-nun tərəfdaşlarıdır”-deyə səfir bildirib.     

NATO-nun Qarabağ münaqişəsinin həllində mümkün iştirakı barədə suala səfir mənfi cavab verib: “Danışıqlar ATƏT-in Minsk Qrupunun rəhbərliyi altında keçirilir. NATO burda heç bir rol oynaya bilməz”-deyə səfir vurğulayıb.  

X. SƏFƏROĞLU
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir