Modern.az

İran Şanxay Əməkdaşlıq Təşkilatına qoşulur

İran Şanxay Əməkdaşlıq Təşkilatına qoşulur

9 Sentyabr 2021, 08:48

İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

 

Bildirilib ki, İranın ŞƏT-ə qoşulma prosedurunun başlanılması Tacikistanda keçiriləcək sammitdə elan olunacaq.

 

Qeyd edək ki, ŞƏT-in növbəti sammiti 16-17 sentyabrda Düşənbədə keçiriləcək. Hazırda təşkilatın üzvləri Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi