Modern.az

Milli Məclisdə Gülər Əhmədova ilə bağlı daha bir dəyişiklik

Milli Məclisdə Gülər Əhmədova ilə bağlı daha bir dəyişiklik

5 Noyabr 2012, 16:01

Milli Məclis deputatlar üçün telefon kitabçasını dəyişdirib. Bu barədə Modern.az saytına parlamentdən məlumat verilib. Bildirilib ki, yeni telefon kitabçası noyabrın 2-də deputatlara paylanılıb.
Məlum olub ki, yeni kitabçada köhnədən fərqli olaraq bir sıra dəyişikliklər edilib. Eyni zamanda eks-deputat Gülər Əhmədovanın adı kitabçada yoxdur. Elə dəyişikliyin də bir səbəbinin bununla əlaqədar olduğu vurğulanır.

Xatırladaq ki, 34 saylı Xətai 2-ci seçki dairəsindən deputat seçilmiş G.Əhmədovanın mandatı  məlum rüşvət videoqalmaqalından sonra MSK tərəfindən ləğv edilib.

Respublika Prokurorluğu videomaterialın araşdırılması üçün Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlayıb və G.Əhmədova bir müddət əvvəl faktla bağlı istintaqa cəlb olunaraq dindirilib.

Hazırda Respublika Uşaq Təşkilatının sədri olan Gülər Əhmədova həm də "Mərkəz" qəzeti və merkez.az saytının baş redaktorudur. Bu təşkilatlar hazırda Hökumət Evində  yerləşir.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı