Modern.az

ABŞ-da türklərə hücum edən erməni: “Sizi öldürməyə gəlmişik”

ABŞ-da türklərə hücum edən erməni: “Sizi öldürməyə gəlmişik”

Dünya

9 Sentyabr 2021, 12:22

ABŞ Ədliyyə Nazirliyi sentyabrın 8-də elan edib ki, Los-Ancelesdə türk restoranına hücum etməkdə ittiham olunan ermənilərdən biri - Uilyam Stepanyan bu müəssisənin beş müştərisinə hücum etməkdə və restorana ziyan vurulmasında təqsirkar olmasını boynuna alıb. Gözlənildiyinə görə, Stepanyan cinayət törətməsini yaxın həftələr ərzində etiraf edəcək.

 

Modern.az AzərTAc-a istinadən xəbər verir ki, ABŞ vətəndaşları olan iki etnik erməninin – 23 yaşlı Uilyam Stepanyanın və 23 yaşlı Arutyun Harri Çalikyanın məhkəmə prosesi bu il aprel ayında başlanıb. Onlar 2020-ci il noyabrın 4-də “İstanbul Cafe” türk restoranlarından birinə hücumda iştirak ediblər. Nifrət zəminində cinayətlər törədilməsi barədə altı bənd üzrə ittiham olunan Stepanyan və Çalikyan təqsirkar hesab ediləcəyi halda onları 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasına gözləyir.

 

İttihamnaməyə görə, Stepanyan 2020-ci noyabrın 4-də səhər öz telefonundan “türkləri ovlamağı” planlaşdırması barədə məlumat göndərib. Elə həmin gün o, “türklərin ermənilərə qarşı təcavüzü” hesab etdikləri əməllərə qarşı etirazlarını bildirmək, Türkiyəyə nifrətlərini ifadə etmək və Ermənistanı dəstəklədiklərini nümayiş etdirmək üçün Çalikyan və erməni mənşəli digər Amerika vətəndaşları ilə görüşüb. Restorana hücumda iştirak etmiş müttəhimlərdən biri müştəriləri hədələyərək deyib: “Biz sizi öldürməyə gəlmişik, biz sizi öldürəcəyik”. Hücum nəticəsində 5 nəfər zərər çəkib, restorana 20 min dollar həcmində ziyan vurulub.

 

Çalikyan bu iş üzrə oktyabrın 26-da məhkəmə qarşısında cavab verməlidir. O, cinayətkar sövdələşmədə ittihamın bir bəndi üzrə və nifrət zəminində cinayətlər törətməkdə ittihamın 5 bəndi üzrə özünü təqsirkar hesab etməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!