Modern.az

Rusiyadakı partlayışda ölənlərin sayı artıb

Rusiyadakı partlayışda ölənlərin sayı artıb

9 Sentyabr 2021, 12:30

Rusiyanın Noqinsk şəhərində çoxmənzilli yaşayış binasında baş vermiş partlayışda ölənlərin sayı 7 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, hadisə nəticəsində daha 15 nəfər, o cümlədən iki uşaq xəsarət alıb. 

 

Məlumata görə, dağıntılar altında qalan iki nəfərin cəsədi aşkarlanıb. Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

 

Xatırladaq ki, dünən səhər saatlarında Moskva vilayətinin Noqinsk şəhərində yerləşən çoxmənzilli binada güclü partlayış olub. Hadisə nəticəsində 24 mənzilə ziyan dəyib. 170-dən çox sakin binadan təxliyə olunub.

 

Partlayışa qaz sızmasının səbəb olduğu deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir