Modern.az

Bayraktar: "Qarabağ müharibəsindən sonra dronlarımıza maraq artıb”

Bayraktar:

Dünya

9 Sentyabr 2021, 13:30

İdlib və Qarabağdakı müharibədən sonra Türkiyənin “Bayraktar TB2” PUA-sına maraq çox artıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.

 

O bildirib ki, Türkiyənin istehsal etdiyi silahlı pilotsuz uçuş aparatlarına (PUA) dünyada böyük maraq var.

 

“Hətta bəzən elə olur ki, “Bayraktar TB2” üçün sifarişləri yerinə yetirməkdə çətinlik çəkirik. Bu vaxta qədər imzalanan 10-dan çox razılaşma var”, - deyə Bayraktar qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?